FilmFreeway vasitəsilə filmi necə göndərmək lazımdır (izah)
Filminizi bizə göndərmək üçün Azərbaycan Gəncləri Film Festivalı rəsmi veb-saytına daxil olun və sağ küncdə yuxarıda “Təqdim et” yazısına klik edin. “Təqdim et” səhifəsində mətni diqqətlə oxuyun və “Click to Submit with Film Freeway” düyməsinə klik edin.
Açılan səhifədə siz sağ küncdə yuxarıda “Sign Up” (Qeydiyyat) düyməsinə klik edirsiniz.
Qeydiyyat üçün açılan pəncərədə “Sign Up with E-mail” düyməsinə klik edin və məlumatları daxil edin.
Məlumatlarınızı daxil edəndən sonra sizi qarşılayan pəncərədə “I want to submit my work or get tickets to film festivals and events” variantını seçin və qeydiyyatınızı tamamlayın (Get Started).
Filminizi göndərmək üçün yuxarıda sağ küncdə “My Projects” bölməsinə klik edin və “Add Project” düyməsini sıxın. (Qarşınıza çıxan kiçik pəncərədən də "Add Project" düyməsinə klik edə bilərsiniz).
Açılan səhifədə film haqqında ətraflı məlumatı paylaşırsınız. “Project İnformation” hissəsində Project Title (filmin adı) yazırsınız. Bu hissədə digər məlumatların yazılması vacib deyil.
“Submitter İnformation” hissəsində Phone (mobil nömrə), Country (Ölkə) və Birthdate ( Doğum tarixi) qeyd edirsiniz.
“Credits” hissəsini boş buraxırsınız.
“Specifications” hissəsində Film Type bölməsində “Student” seçirsiniz. “Run Time” (filmin müddəti), ”Completion Date” (çəkib bitirilmə vaxtı), ”Country of Origin” (çəkildiyi ölkə) məlumatlarını yazırsınız. “Screening/Distribution” hissəsi boş buraxılır.
Məlumatları yadda saxlamaq üçün axırda yaşıl “Save Project” düyməsinə sıxın.
Açılan səhifədə balaca pəncərə açılıbsa onu bağlayırsınız və “Upload” bölməsində “Choose File” düyməsinə klik edirsiniz. Xahiş edirik, filmin Vimeo və ya Youtube linkini göndərməyin. Yalnız Upload (Yükləmə) edin.
Filminizi profilinizə yükləyəndən sonra onu Festivala göndərmək üçün bu linkə keçin: https://filmfreeway.com/festival/AzerbaijanYouthFilmFestival Yaşıl “Submit Now” düyməsinə klik edin və filminizi seçib təsdiqləyin.
Qarşınıza filmin kateqoriyasını seçmək üçün pəncərə çıxacaq. Zəhmət olmasa uyğun kateqoriyanı (Həvəskar/Professional) janr ilə birlikdə (qısa həkayə, sənədli film, musiqi videosu) seçin. Olduğunuz rayonu qeyd edin və aşağıda yaşıl “Add to Cart&Checkout” düyməsinə klik edin.
Növbəti səhifədə “Complete Checkout” (heç bir məbləğ çıxılmır) edirsiniz və beləcə sizin film artıq Film Festivalına icmal üçün göndərilir.
Bu səhifə qarşınıza çıxıbsa filminiz festivala göndərilmiş hesab olunur. Avqust ayında siz e-mailinizə filminizin festivalda nümayişi üçün seçib seçilməməyi haqqında bildiriş alacaqsınız.