AZƏRBAYCAN GƏNCLƏRİNİN
FİLM FESTİVALI 2017
Öz Hekayəni Paylaş!
AZƏRBAYCAN GƏNCLƏRİNİN FİLM FESTİVALI 2017- NİN MÖVZUSU:
Başqalarından fərqli bir baxış bucağın və fikirlərin var?
Daha fərqli və özünəməxsus bir yerdə yaşayırsan?
Ailəndə qeyri-adi bir hekayəsi və ya qabiliyyəti olan biri var?
Biz yalnız SƏNİN anlada biləcəyin hekayələri axtarırıq!
Aşağıdakı kateqoriyalar üzrə film çək və bizə göndər:
Sənədli film
Bu kateqoriyaya aid olan filmlərə misal olaraq, maraqlı bir ailə üzvü və ya qohum ilə intervyu, yaşadığın yerdəki unikal bir yerin özəlliyi barədə və ya öz məktəbində bir müəllimin həyatından bir gün haqqında filmləri göstərmək olar.
Sənədli film kateqoriyası bizə sənin həyatında baş verən real hadisələri göstərən filmlər üçündür
Qısa hekayə, əhvalat videosu
Bu kateqoriyaya aid olan filmlərə uşaqlığından olan bir hekayənin videosu, ətraf aləmin bir heyvanın (itin, pişiyin) gözü ilə nümayişi və ya yaşadığın yerin keçmişi haqqında olan qısa filmlər misal ola bilər.
Bu film kateqoriyası bizi sənin xəyallarına aparan kateqoriyadır və bir şəkildə sənin təxəyyülünlə əlaqəsi olmalıdır.
Musiqi videosu (klip)
Musiqi videosu (klip) kateqoriyasına isə məsələn yazdığın və ya sevdiyin bir mahnının sənin və ya dostların tərəfindən ifasını çəkmək, mahnıya uyğun bir rəqsin qurulub çəkilməsi, ya da yerli toy çalğıçı və ya ifaçılarla bir mahnını klip formasında çəkməyin aid ola bilər.
Musiqi filmi kateqoriyası tamamilə musiqi haqqındadır. Bu kateqoriyada olan filmlər ifanı nümayiş etdirməli və çox minimal dialoqdan istifadə olunmalıdır.
Hər kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər seçiləcək. Bundan əlavə xüsusi kateqoriyalar üzrə də bəzi qaliblərə mükafatlar təqdim olunacaq.
2017-ci ildə biz festivalı daha da genişləndiririk və Professional kateqoriyalarını əlavə edirik. Bu kateqoriyalar 25 yaşdan aşağı olan və filmoqrafiya/rejissorluğu oxuyan, bu sahədə təcrübəsi olan gənclər üçündür. Professionallar öz işlərini göstərilən 3 kateqoriyalarda göndərə bilərlər, sadəcə diqqət yetirin ki, işinizi göndərən zaman uyğun olan bu 3 variantdan birini seçəsiniz.
FESTİVALIN QAYDALARI:
-
Festivalda 25 yaşadək gənclər iştirak edə bilər
-
Aktyorlar 25 yaşdan yuxarı ola bilər, LAKİN, direktor, quruluşçu rejissor və digər komanda üzvləri 25 yaşdan aşağı olmalıdırlar
-
Bir iştirakçı sadəcə bir film göndərə bilər
-
Filmlər 8 dəqiqədən qısa olmalıdır
-
Filmlər 1 Yanvar, 2015 tarixindən sonra çəkilmiş filmlər olmalıdır
-
Filmlər saniyədə 24 çərçivə ilə çəkilmiş olmalıdır, əks təqdirdə daha yüksək çərçivə sayı olan (məsələn 50 və s.) filmlərin nümayiş etdirilməsi mümkün olmayacaq
-
Filmin sonuna AYFF loqosu əlavə olunmalıdır